Futbolu Amerika futboluna dəyişdi – FOTO
“Real” hücumçusu Vinisius Junior vətənində Amerika futbolu oynayıb.
Aut.az xəbər verir ki, Vinisius tətilini Rio-de-Janeyroda (Braziliya) keçirir. Futbolçunun sosial şəbəkəsində “Minnesota Vikings” klubunda oynayan amerikalı şəkli yayılıb.
Şəkildə Vinisiusun Amerika futbolu formasında olduğu görünür.
Vinisius Braziliya “Flamenqo”sunun yetirməsidir. O, 2018-ci ilin yayında “Real”a keçib. Ötən mövsüm braziliyalı hücumçu İspaniya çempionatında 33 oyun keçirib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.

Aut.az
