İspaniya

Onun etdikləri qorxudur: Rüdigeri “Barsa”dan kim heyrətləndirib?

“Real Madrid”in və Almaniya millisinin müdafiəçisi Antonio Rüdiger “Barselona”nın vingeri Lamin Yamal haqda danışıb .

Aut.az xəbər verir ki, Rüdiger bu barədə “The Inside Scoop” adlı YouTube kanalında deyib.

“Onun nailiyyətləri inanılmazdır, ona möhlət vermək lazımdır. O, 17 yaşında “Barselona”da oynayır və avrokuboklarda özünü göstərib. İnşallah sağlam olar, gələcəyi parlaqdır. Yamalın etdiyi şey sadəcə qorxudur”, – Rüdiger deyib.

Bu mövsüm Yamal bütün turnirlərdə 10 oyun keçirib, beş qol vurub və beş məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 120 milyon avrodur.

Aut.az