“Barselona” Messi və onlara olan borcunu nə vaxt bağlayacaq?
“Barselona” klubu 2020-ci ildən futbolçulara olan maaş borclarının ödənməsi prosesində son mərhələyə çatıb.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Klub 16 milyon avroluq yekun ödəniş iyunun 30-da həyata keçiriləcək. Bu məbləğ 2020-ci ildə pandemiya dövründə maaşlarının bir hissəsinin təxirə salınmasına razılaşan futbolçular və məşqçilər arasında bölüşdürüləcək. Həmin şəxslər arasında Lionel Messi, Serxio Buskets, Xordi Alba, Usman Dembele, Antuan Qrizmann və digər keçmiş “Barselona” üzvləri də yer alır.
Məlumatda bildirilir ki, klubun ən böyük borcu Lionel Messiyədir. Argentinalı futbolçuya son ödənişin məbləği 5,95 milyon avro təşkil edəcək. Messinin ətrafı “Barselona”nın bu borcu ləyaqətlə yerinə yetirdiyini və öhdəliklərini vaxtında icra etdiyini qeyd edib.
Aut.az
