Mənim də başıma gəlmişdi – Kurtua Mbappe haqda
“Real Madrid”in 32 yaşlı qapıçısı Tibo Kurtua Kilian Mbappenin Madrid klubundakı çətin durumu haqda fikirlərini bölüşüb .
Aut.az Kurtuanın sözlərini “X” sosial şəbəkəsində “Madrid Xtra” sitat gətirib.
“Mbappe çətin dövr yaşayır? Bu, peşəkarlıq və ya istək çatışmazlığı deyil. Bu, komandaya gələndə mənim də başıma gəldi. Elə vaxtlar olur ki, hər şey yolunda getmir. Bu, daha az istəməyiniz və ya səy göstərməməyinizə bağlı deyil. Sakit olmaq və davam etmək lazımdır. Ümid edirəm ki, “Xetafe”yə vurulan qol ona “Atletik”ə qarşı oyunda üç qol vuracağına inam verəcək”, – Kurtua deyib.
Mbappe bu mövsüm La Liqada 13 matçda 8 qol vurub və bir məhsuldar ötürmə edib. Fransalı futbolçu Çempionlar Liqasının beş oyununda bir qol vurub və bir məhsuldar ötürmə edib.
Aut.az
