İspaniya

“Barselona”da böhran: Prezident istefaya gedir?

İspaniyanın “Barselona” klubu çempionatın ikinci hissəsinə Dani Olmo və Pau Viktoru qeydiyyatdan keçirə bilmədiyi üçün böyük böhran yaşayır .

Aut.az xəbər verir ki, klub rəhbərliyi vəziyyəti kritik hesab etmir və yaxın vaxtlarda problemin həlli üçün mümkün olan hər şeyi etməyə çalışacaq.

Amma ispaniya mətbuatı Kataloniya klubunun prezidenti Joan Laportun qeyri-peşəkar qərarlarına görə çoxlu tənqidlərə məruz qaldığını yazıb.

Bu, azarkeşlərin Laporta qarşı ilk çıxışı deyil. Azarkeşlər klubun maliyyə vəziyyətinin yaxşılaşmamasından narahatdırlar. “Barselona”nın prezidenti istefa çağırışlarına baxmayaraq, səlahiyyət müddətinin sonuna qədər Kataloniya komandasının başında qalmaq qərarına gəlib. Laporta prezident postundan getməyə hazırlaşmır və futbolçuların qeydiyyatı ilə bağlı problemləri həll etməyə çalışacaq.

Aut.az