İspaniyaİtaliya

Ançelotti onu “Real”a gətirmək istəyir – FOTO

“Real” “Bolonya”nın müdafiəçisi Sem Bekemanı yaxından izləyir.

Aut.az xəbər verir ki, Madrid klubunun nümayəndələri transfer üçün ilk addımları atmağa hazırdırlar.

Mərkəz müdafiəçiləri ilə bağlı problemlərə görə “Real” bu mövqeni gücləndirmək üçün yeni oyunçu almaq istəyir. Bekkemin transferi ilə şəxsən Karlo Ançelotti maraqlanır. İtalyan mütəxəssisin fikrincə, Sem Madrid klubu üçün ideal olacaq.

Bundan başqa Madridin digər komandası “Atletiko” da onun transferində maraqlıdır.

Qeyd edək ki, bu mövsüm Bekema “Bolonya”nın heyətində bütün yarışlarda 16 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Aut.az

Ançelottinin şəxsi istəyi. "Real Madrid" yeni müdafiəçi axtarır