İspaniya

Əfsanə Yamal haqda danışdı: Açıqlamaları sadəcə 18 yaşlı bir gəncin sözləridir

İspaniya millisinin keçmiş qapıçısı Santyaqo Kanisares “Barselona”nın hücumçusu Lamin Yamal barədə fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, “Valensiya” və “Real”ın əfsanəsi “Marca”ya açıqlamasında onun mətbuata verdiyi açıqlamaları dəyərləndirib:

“Əsas odur ki, Lamin meydanda təkəbbürlü olmasın, mənim üçün vacib məqam budur. Onun açıqlamaları isə sadəcə 18 yaşlı bir gəncin sözləridir. O, hələ öyrənir və şəxsiyyət kimi formalaşır. İnsanlar onun hər sözünü qiymətləndirəcək, amma ideal olmaq çox çətindir”.

Aut.az