İspaniyaÇempionlar Liqası

İttiham: “Real”la oyunda nəticəni UEFA müəyyən etdi

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real Madrid”lə cavab oyununda (1:0, 2:4 pen.) nəticəyə təsir etməkdə ittiham edib.

Xatırladaq ki, bu görüşdə Julian Alvaresin penaltilər seriyasındakı zərbəsi topa iki dəfə toxunduğuna görə hesaba alınmayıb.

“Çempionlar Liqasında yaxşı çıxış etdik, yaxşı mübarizə apardıq, “Real”la ikinci matçda qalib gəldik, lakin UEFA-nın qərarı ilə məğlub olduq.

Qalib gəldik, amma mübarizədən kənarlaşdırıldıq. Mən bunu uğursuzluq hesab etmirəm, baş verənlər tamamilə göz qabağında idi”, – deyə “Goal” Simeonenin sözlərindən sitat gətirib.

Çempionlar Liqasının 1/4 final mərhələsində “Real Madrid” Londonun “Arsenal” klubu ilə qarşılaşacaq. İlk oyun aprelin 8-də, cavab oyunu isə aprelin 16-da baş tutacaq.

Aut.az