İspaniya

Ərəblər ona görə “Barsa”nın qapısını döyəcəklər

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

Aut.az xəbər verir ki, “Əl-İttihad” Almaniya millisinin üzvünün  transferində maraqlıdır. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Ciddə klubu bu yay 32 yaşlı qolkiperi heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Ter Ştegenin “Barsa” ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir. Lakin maliyyə vəziyyəti səbəbindən Kataloniya klubunun Səudiyyə Ərəbistanının təklifini qəbul etməsi istisna deyil.

Aut.az