İspaniya

300 min avro ödədilər: Bu futbolçunun “Barsa”ya qarşı oynaya bilməsi üçün

Bu gün, martın 30-da İspaniya çempionatının 29-cu turu çərçivəsində “Barselona” “Jirona” ilə qarşılaşacaq.

Oyun Kataloniyanın paytaxtında, “Olympic Lluís Companys” stadionunda keçiriləcək.

Aut.az xəbər verir ki, jurnalist Tomaş Andreunun sözlərinə görə, “Jirona” yarımmüdafiəçi Oriol Romeunun oyunda iştirakına icazə vermək üçün “Barsa”ya 300 min avro ödəyib .

İspan futbolçu 2024-cü ilin avqustundan “Barselona”dan icarə əsasında “Jirona”da çıxış edir. İcarə müqaviləsi mövsümün sonunda başa çatır. Müqavilədə belə bənd var ki, futbolçu “Barsa”ya qarşı oynaya bilməz. Amma maliyyə çətinliyi yaşayan Kataloniya klubu 300 min avro aldıqdan sonra onun oynamasına icazə verib.

Aut.az