Onun gəlişi yayım qiymətini artıracaq? – Prezident bədbindir
La Liqanın prezidenti Xavyer Tebas bildirib ki, Kilian Mbappenin çempionata gəlməsi ilə əlaqədar İspaniya Primerasının televiziya müqavilələrinin qiymətində dərhal artım gözləmək lazım deyil.
Aut.az xəbər verir ki, Tebas bu barədə As nəşrinə danışıb.
“Televiziya hüquqları dərhal dəyər qazanmayacaq, çünki müqavilələr artıq imzalanıb və yeni oyunçu sizə dərhal dəyər vermir. Məsələn, Səudiyyə Ərəbistanı yaxşı oyunçularla müqavilə imzaladı, lakin beynəlxalq diqqətdə çox artım olmadı.
Bu, daha ciddi rəqabət yaradır və sponsorları cəlb etməyə kömək edir, lakin dərhal təsir göstərmir. Aydındır ki, Mbappenin burada olmamağındansa, olmağı daha yaxşıdır.
Mbappenin gəlişindən əvvəl hüquqları satmağın səhv olduğunu deyənlər üçün deyə bilərəm ki, onun gələcəyindən xəbərsiz idik”, – Tebas bildirib.
Aut.az
