İspaniya

Xavinin bəhanəsi: Hakimlər…

“Barselona”nın baş məşqçisi Xavi hesab edir ki, hakimlərin səhvləri ucbatından komandası altı xal itirib.

“Xetafe” ilə oyunda təyin olunmayan penaltini, “Rayo” ilə oyunda Rafinyanın cərimə meydançası yaxınlığında səs-küylü epizodu, Feliksin “Qranada”ya vurduğu qolun ləğv edildiyini xatırlayıram. İndi altı xalımız daha çox olardı. Və bu, bəhanə deyil, reallıqdır. 94-cü dəqiqədə də oxşar vəziyyətlərlə qarşılaşmalıyıq. Ancaq işləməyə davam etməliyik. Bu, bizim yolumuzdur”, – Xavi “Mundo Deportivo”ya açıqlamasında deyib.

Qeyd edək ki, hazırda “Barselona”nın 44 xalı var, kataloniyalılar lider “Jirona”dan səkkiz xal geridədir.

Aut.az