İspaniya

Rekord məbləğ: Superkubokun iştirakçıları görün nə qədər qazanacaqlar

İspaniya Super Kuboku oyunları yanvar ayında Səudiyyə Ərəbistanında keçiriləcək.

Aut.az xəbər verir ki, gələn çərşənbə günü “Barselona” ilk yarımfinalda “Atletik Bilbao” ilə qarşılaşacaq, cümə axşamı isə “Real Madrid” və “Atletiko Madrid” ikinci finalçını müəyyənləşdirəcəklər.

“Mundo Deportivo”nun məlumatına görə, turnirin mükafat fondu rekord həddə – keçən ilki ilə müqayisədə 3 milyon avro çox olacaq. Pul hər dörd komanda arasında nəticələrinə əsasən bölüşdürüləcək.

Son İspaniya Super Kubokunun qalibi olan “Barselona” təxminən 9 milyon avro qazanmışdı. Onlar finalda “Real Madrid”i 5-2 hesabı ilə məğlub etmişdilər.

Aut.az