İngiltərəİspaniya

İngiltərə nəhənginin baş məşqçisi Ardanı istəyir

“Liverpul”un yeni baş məşqçisi Arne Slot “Real”ın 19 yaşlı yarımmüdafiəçisi Arda Güləri sərəncamında görmək istəyir.

Aut.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

Mənbənin sözlərinə görə, türkiyəli futbolçunun ​​Madrid klubunu tərk etmə ehtimalı yüksəkdir. Çünki yeni mövsümdən “Real”a yeni hücumameyilli oyunçular – Kilian Mbappe və Endrik olacaq. Bu səbəbdən Ardanın oynama müddəti xeyli azala bilər.

Xatırladaq ki, Gülər ​​ötən mövsüm bütün turnirlərdə 13 matçda iştirak edib və 7 qol vurub. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir. “Transfermarkt”a görə, onun bazar dəyəri 30 milyon avrodur.

Aut.az