Mbappe formasını bu uşağa hədiyyə etdi – FOTO
“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 20-ci turunun “Las Palmas” ilə oyununda (4:1) final fiti çalınarkən meydançaya qaçan gənc azarkeşə formasının verib.
Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb. Final fitindən sonra gənc azarkeş meydançaya qaçıb və dərhal stadionun mühafizəsi tərəfindən saxlanılıb. Mbappe baş verənlərə reaksiya göstərib, ağlayan oğlanın yanına gedib və ona formasının verib. Onlar bir neçə kəlmə söhbət də ediblər.

Aut.az
