David Ançelottinin “Real”dakı ən pis anı
David Ançelotti “Real Madrid”də keçirdiyi ən pis anlardan danışıb.
Aut.az xəbər verir ki, “Real”ın keçmiş köməkçi məşqçisi bu barədə İspaniya mətbuatına açıqlama verib.
“Məncə, ən pis məqam Xavinin ilk mövsümündə “Santyaqo Bernabeu”da ” Barselona”ya 0:4 hesablı məğlubiyyət idi”, – David deyib.
Bu qarşılaşma 20 mart 2022-ci ildə baş tutub. Kataloniyalıların heyətində Pyer-Emerik Obameyanq iki, Ronald Arauxo və Ferran Torres isə hərəyə bir qol vurub.
Aut.az
