İngiltərəDünya futbolu

“Arsenal” onunla anlaşdı: Klubu yola gələcək?

“Sportinq”in hücumçusu Viktor Qyökereş tezliklə “Arsenal”ın futbolçusu ola bilər.

Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.

Mənbənin yazdığına əsasən, tərəflər artıq razılığa gəliblər. İsveçli futbolçu müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqaviləyə imza atmağa razılaşıb.

Klublar arasında danışıqlar isə davam edir.

Xatırladaq ki, Qyökereş “Sportinq” rəhbərliyinin yay transferi ilə bağlı verdiyi sözü yerinə yetirməməsinə görə kluba qayıtmaqdan imtina edib. Rəhbərlik əvvəlcədən hücumçunu bu yay buraxacağını vəd etsə də, onun gedişi hələ reallaşmayıb.