İngiltərə

Etiraf etdi: Ulduz futbolçu “Arsenal”dan niyə ayrılıb?

“Arsenal”ın sabiq yarımmüdafiəçisi Jorjinyo London klubundan ayrılma qərarının səbəblərini açıqlayıb.

Aut.az xəbər verir ki, o, London klubun keçirdiyi son aylarda futbola olan həvəsini qorumağın çətin olduğunu etiraf edib.

İtaliya millisinin keçmiş üzvü bildirib ki, az oyun praktikası və sərt taktiki çərçivələr ona komandada özünü vacib hiss etməyə mane olub.

“Mən özümü canlı və komanda üçün vacib hiss etmək istəyirəm. Futbolçu meydanda olmayanda motivasiyanı qorumaq çətindir. Mən başa düşdüm ki, zövq alaraq oynaya biləcəyim yerə getməliyəm.

Mikel Arteta standart vəziyyətlərə xüsusi diqqət yetirməyi sevir. Amma mənim üçün bu, ev tapşırığı kimidir. Ev tapşırığını edib sonra imtahan verəndə yaxşı nəticə əldə edirsən. Amma bu qədər diqqət standart vəziyyətlərə yönələndə, gözəl futbol oynamaq çətin olur”, – deyə Jorjinyo “The Times”a  açıqlamasında bildirib.