“Liverpul” “Bayer”in futbolçusunu transfer edir: Bu məbləğə
“Bayer Leverkuzen”in müdafiəçisi Odilon Kossunu yay transfer pəncərəsində klubu tərk edə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Caughtoffside” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 23 yaşlı kot`divuarlını heyətinə qatmağa ən real namizəd “Liverpul”dur. “Qırmızılar” ona görə Almaniya təmsilçisinə 60 milyon avro ödəməyə hazırdır.
Bundan başqa, futbolçu ilə “Mançester Yunayted”, “Tottenhem”, “Bavariya” və “Real” da maraqlanır.
Qeyd edək ki, Kossunu 2021-ci ilin iyulundan “Bayer Leverkuzen”də çıxış edir. “Asprinlər”in heyətində ümumilikdə 101 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2025/26 mövsümünün sonuna kimidir.
