İngiltərə

“Liverpul” onun təyinatını rəsmən açıqladı

“Liverpul” Arne Slotun baş məşqçi təyin olunduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, “Feyenoord”da çalışmış hollandiyalı mütəxəssis baş məşqçi postunda Yurgen Kloppu əvəz edəcək.

Bildirilir ki, Slot rəsmi olaraq iyunun 1-də “Liverpul”da işə başlayacaq.

45 yaşlı çalışdırıcı üç mövsüm “Feyenoord”da çalışıb. Bu müddət ərzində o, komandanı 2023-cü ildə çempionluğa aparıb və iki dəfə Erediviziyada ilin məşqçisi seçilib.

Aut.az