“Barsa” “Siti”nin ulduzunu bu yolla almaq istəyir
“Barselona” yayda “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı almaq niyyətindədir.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb.
Kataloniyalılar yarımmüdafiəçinin “Siti” ilə müqaviləsindəki sərbəstqalma bəndini aktivləşdirmək istəyirlər. Mənbənin sözlərinə görə, “mavi-qranatlar” Silva üçün 58 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, yarımmüdafiəçi ötən yay “Siti” ilə müqaviləsini 2026-cı ilə qədər uzadıb. “Transfermarkt” portalı 29 yaşlı futbolçunun bazar dəyərini 80 milyon avro olaraq qiymətləndirir.
