Pep fəlsəfə “xırdaladı”
İngiltərə Premyer Liqasının 14-cü turunda “Mançester Siti” “Tottenhem”lə 3:3 hesablı heç-heçə edib.
Aut.az xəbər verir ki, görüşdən sonra “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola xal itkisini şərh edib:
“Yaxşı oyun oldu və ən vacibi də budur. “Liverpul”la oyunda olduğu kimi, bu gün həqiqətən yaxşı komanda və yaxşı məşqçiyə qarşı bütün aspektlərdə inanılmaz bir performans göstərdiyimizi hiss etdim.
Çoxlu şanslar yaratdıq, aqressiv və inanılmaz konsentrasiya idi. Yenidən lider olmaq istəyirik. Çox heyif. Bəzən futbol həyat kimidir – siz layiq olduğunuzu ala bilmirsiniz”.
