Poqba Premyer Liqaya qayıdır
Futbol üzrə Fransa milli komandasının yarımmüdafiəçisi Pol Poqba dopinqə görə cəzasını başa vurduqdan sonra karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Aut.az xəbər verir ki, 31 yaşlı fransızla “Fulhem” maraqlanır. Bu barədə “Goal” məlumat yayıb.
Komanda 12 turdan sonra İngiltərə çempionatının turnir cədvəlində 9-cu yerdədir.
Poqba 2023-cü ildə testosteron testi müsbət çıxdıqdan sonra 4 il müddətinə futboldan uzaqlaşdırılıb. Daha sonra futbolçunun diskvalifikasiyası 18 aya endirilib. Pol Poqba 2025-ci ilin martında meydana qayıda biləcək. Fransalı yarımmüdafiəçi çıxış etdiyi “Yuventus”la müqaviləyə xitam verdiyi üçün azad agent statusuna sahibdir.
O, “qoca sinyora”dan əvvəl “Mançester Yunayted”də çıxış edir.
Aut.az
