İngiltərə

Əfsanədən Amorimə tövsiyə: Bu sistemə keç

Peter Şmeyxel deyir ki, Ruben Amorimin “Mançester Yunayted”in sistemini dəyişməsi lazımdır.

Bazar günü “Yunayted” Premyer Liqanın 4-cü turunda “Mançester Siti”yə uduzub (0:3) . Hazırda 4 oyunda 4 xal qazanan komanda Premyer Liqada 14-cü pillədə qərarlaşıb.

Aut.az xəbər verir ki, “Yunayted”in əfsanəsi bu barədə İngiltərə mətbuatına danışıb:

“Hazırda “Mançester Yunayted”ə baxanda, komandanın irəli getmədiyini hiss etməyə bilməzsən. Hər şey eynidir. “Mançester Siti” xüsusi bir şey etmək məcburiyyətində qalmadı.

Düşünürəm ki, Ruben Amorim bəzi dəyişikliklər barədə düşünməlidir. Sistemi elə yenidən qurun ki, oyunçular necə, nəyə öyrəşdiklərini bildikləri kimi oynasınlar. Dörd müdafiəçi ilə oynamağa keçin”.

Aut.az