İngiltərə

Premyer Liqa nəhəngləri “Real”ın ulduzunu izləyir

“Liverpul”, “Mançester Yunayted” və “Mançester Siti” yayda “Real”ı Blankosu tərk etmək ehtimalı olan hücumçu Rodriqo Qoesin vəziyyətini izləyir .

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, braziliyalı futbolçu Kilian Mbappe, Vinisius Junior və Cud Bellinqem kimi komanda ulduzlarının kölgəsində qaldığını hiss etdiyi üçün İspaniya nəhəngindən ayrılmağı düşünür. Rodriqo Xabi Alonsonun yeni layihədəki rolunu anlamaq üçün “Real”a gəlməsini gözləyir.

Hazırda adı çəkilən Premyer Liqa nəhənglərindən heç birinin Rodriqo ilə danışıqlar aparmadığı, lakin futbolçunun “Los Blankos”dan ayrılmağa qərar verəcəyi təqdirdə hərəkətə keçməyə hazır olduqları vurğulanır.

Bu mövsüm Rodriqo bütün turnirlərdə 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir. “Transfermarkt”a görə, onun bazar dəyəri 100 milyon avrodur.

Aut.az