“Real” ona görə nəhənglərlə yarışacaq
Niderlandın “AZ Alkmaar” klubunun yarımmüdafiəçisi Kes Smit Avropanın böyük klublarının maraq dairəsində qalır.
Aut.az xəbər verir ki, 20 yaşlı futbolçu uzun müddətdir Madrid “Real”ının transfer hədəfi olsa da, “kral klubu” hollandiyalı oyunçu uğrunda ciddi rəqabətə hazır olmalıdır.
Jurnalist Ekrem Konurun məlumatına görə, gənc ulduzu həmçinin “Barselona”, “Bavariya”, “Çelsi”, “Nyukasl” və “Liverpul” diqqətlə izləyir.
“AZ Alkmaar” yarımmüdafiəçi üçün 60 milyon avro tələb edir. Cari mövsümdə Kes Smit 31 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib. “Transfermarkt”a görə, futbolçunun bazar qiyməti 22 milyon avrodur.
Aut.az
