İngiltərə

“Yunayted”in əfsanəsi yığmaya ironiya etdi: “Siti” kimidirlər

“Plimut “un baş məşqçisi və “Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi İngiltərə yığmasının Almaniyada keçirilən Avropa çempionatındakı çıxışından danışıb.

Aut.az xəbər verir ki, Runi bu barədə “The Times”a danışıb.

“İngiltərənin bu turnirdəki oyununu izləyəndə mən “Mançester Siti”ni görürəm. Ancaq parlaq futbolu sayəsində dörd dəfə Premyer Liqa titulunu qazanan “Siti” deyil. Onlar “Siti” kimidirlər, lakin vaxt, ağıllı təzyiq və genişlik olmadan”, – Runi bildirib.

Qrup mərhələsinin iki turundan sonra İngiltərə millisi dörd xal toplayıb və hazırda Cqrupunda birinci yeri tutur. 3-cü turda İngiltərə yığması Sloveniya ilə qarşılaşacaq.

Aut.az