İngiltərə

Qvardiola Haalandın səhhətindəki problemlərdən danışdı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona” ilə mövsümöncəsi matçın fasiləsində Erlinq Haalandın əvəzedilməsinin səbəbini izah edib.

Aut.az xəbər verir ki, o, futbolçunun narahatlıq keçirdiyini bildirib:

“Erlinq özünü narahat hiss edir. Biz risk etmək istəmirik. Amma gec-tez məşq və dəqiqələrlə hərəkət etməli olacaq. Mövsümə az qalıb. Biz onu üç həftə və ya bir aya itirmək riskinə girmək istəmirik. Bu problem olardı. O, özünü yaxşı hiss etmirdi və ikinci hissədə oynamadı”.

Qeyd edək ki, avqustun 10-da İngiltərə Superkuboku matçında “Mançester Siti” “Mançester Yunayted”lə qarşılaşacaq.

Aut.az