İngiltərəİspaniya

Gürcünün transferi düyünə düşüb: Klublar razılaş bilmir

Hazırda “Valensiya” və “Liverpul” 23 yaşlı qapıçı Giorgi Mamardaşivlinin transferi ilə bağlı razılığa gələ bilmir.

Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində Hektor Qomes məlumat verib.

Mənbənin məlumatına görə, ispan klubu Mamardaşvilinin transferi üçün “Liverpul”dan 40 milyon avro istəyir ki, bu da mersisaydlılara sərf etmir.

Daha əvvəl jurnalisti Fabritsio Romano xəbər vermişdi ki, “Liverpul” gürcü qapıçı ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Mamardaşvilinin ispan klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Ötən mövsüm qapıçı 32 oyun keçirib, onlardan 12-də qapısını toxunulmaz saxlayıb, qalanlarında isə 34 qol buraxıb. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.

Aut.az