“Barsa”nın prezidenti qışqıra-qışqıra nə deyirmiş?
“Barselona”nın prezidenti Joan Laporta “Jirona” ilə oyundan sonra qəzəblənib.
Aut.az xəbər verir ki, “Diario SPORT”un məlumatına görə, onun qəzəbli şəkildə stadionun çıxışlarından birində “belə ola bilməz” qışqırdığı eşidilib.
Onun yanında vitse-prezident Rafa Yuste və idman direktoru Deko olub.
Məlumata görə, Laporta oyunu tribunadan izləyib. “Barselona” bu mövsüm ikinci dəfə “Jirona”ya uduzub ki, bu klublar arasında qarşıdurmaların tarixində heç vaxt belə şey lmayıb.
Qeyd edək ki, mayın 4-də La Liqanın 2023/24 mövsümünün 34-cü turunda “Jirona” “Barselona” 4:2 hesabı ilə qalib gəlib.
Aut.az
