İspaniya

Əfsanədən etiraf: “Barsa”dan Luis Enrikeyə görə gedib

“Barselona”nın keçmiş cinah oyunçusu , hazırda “Latsio”da çıxış edən Pedro Rodriges 2015-ci ildə komandanı Luis Enrikenin çalışdırdığı vaxt Kataloniya klubundan ayrılmasından danışıb.

Aut.az xəbər verir ki, Pedronun sözlərini “Marca” yayıb. “Barsadan ayrılmağım çətin oldu, çünki bu mənim həyatımın və uzun illər olduğum klub idi. Prezident mənim  qalmağımı istəyirdi, amma Luis Enrike bunu istəmirdi. Enrikeyə görə “Barsa”dan ayrılmalı oldum”, – Pedro bildirib.

Xatırladaq ki, 36 yaşlı futbolçu 2004-cü ildən Kataloniya klubunun sistemində olub. Bu müddət ərzində o, mavi qranatların böyük komandası üçün 321 matçda iştirak edib, 99 qol vurub və 62 məhsuldar ötürmə edib. “Barselona” ilə Pedro üç dəfə Çempionlar Liqasının qalibi və beş dəfə İspaniya çempionu olub.

Aut.az