İngiltərə

“Liverpul”dan növbəti rekordlar

İngiltərə Liqa Kubokunun ikinci yarımfinalında “Liverpul” “Fulhem”lə heç-heçə edib. Görüş 1:1 hesabı ilə başa çatıb, lakin ilk oyunda qələbə sayəsində Kloppun komandası turnirin finalına yüksələ bilib (2:1 – ümumi hesab).

Aut.az xəbər verir ki, “Liverpul” 14-cü İngiltərə Liqa Kubokunun finalına yüksəlib. Bu da İngiltərə futbolu adına rekorddur. Mersesaydlılar bu turnirdə 9 dəfə qalib olublar ki, bu da ən yaxşı göstəricidir.

Finalda “Liverpul” Londonda “Çelsi” ilə qarşılaşacaq. Görüş fevralın 25-də “Uembli” stadionunda baş tutacaq.