ABŞ-da millinin üzvünün Rusiya klubuna keçidinə qadağa qoyuldu
Şimali Amerika Böyük Futbol Liqası hücumçu Xesus Ferreyranın Moskva “Spartak”ına transferini qadağan edib.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
MLS-in “Dallas” klubunun və ABŞ millisinin hücumçusu “Spartak”dan 13 milyon dollarlıq təklif alıb.
Futbolçunun özü “ağ-qırmızılar”la şəxsi müqavilə ilə bağlı danışıqlar aparıb. Amerika Liqası danışıqlara müdaxilə edərək, risklər səbəbindən sövdələşmənin tamamlanmayacağını tərəflərə çatdırıb.
Söhbət Amerika kommersiya strukturlarının Rusiya Federasiyasından olan şirkətlərlə iş apararkən qarşılaşa biləcəyi risklərdən gedir.
Aut.az
