Ronaldo Ermənistan üzərində qələbəni üç kəlmə ilə dəyərləndirdi
Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştiano Ronaldo Ermənistan üzərində qazanılan qələbə barədə fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin E qrupunun 1-ci turunda portuqaliyalılar səfərdə rəqibini 5:0 hesabı ilə məğlub ediblər. Ronaldo dublu etdiyi görüşdən sonra o, sosial şəbəkələrdə paylaşım edib.
“İlk addım atıldı”, – deyə ulduz futbolçu yazıb.
Qeyd edək ki, Portuqaliya millisinin növbəti oyunu sentyabrın 9-da səfərdə Macarıstana qarşı olacaq.
