Digər

UFC döyüşçüsünün ABŞ-da başına gələnlər: Seks kölə etmək istəyiblər

Qazaxıstanlı-rusiyalı UFC döyüşçüsü Mariya Aqapova Amerika Birləşmiş Ştatlarındakı həyatdan şikayətlənib.

Aut.az xəbər verir ki, Aqapova bu barədə sosial şəbəkə hesabında yazıb.

“Bir həftədən sonra evsiz qala bilərəm. Təəccüb edirsiniz? Amma mən yox. Bu mənim Amerikadakı həyatımın klassikidir. UFC döyüşündən dərhal əvvəl evsiz olmaq. Bu lənət klassikdir! Gələn həftə mən evsizlər üçün sığınacaq axtaracağam, çünki insanlara daha güvənmirəm. Kirayə pulum olmadığına görə harda oluramsa yaşayıram. İnsanlar məni istismar edirlər və bu istismar zamanı şəxsi sərhədlərimə və həyatıma məhəl qoymurlar. O cümlədən məni seks köləsi kimi satmağa çalışmaq… Kim bilir, hansı sığınacaqlar, xeyriyyə təşkilatları var ki, məqsədi istismar etmək yox, kömək etməkdir, mənə yazın. Florida ştatı”, – deyə Aqapova yazıb.

İyulun 13-də Denverdə (ABŞ) UFC turnirində Mariya Aqapova braziliyalı Luana Santosla döyüşəcək.

Aut.az