“Arsenal” Avro-2024 ərəfəsində onu şoka saldı: Dedilər ki…
“Arsenal”ın 27 yaşlı müdafiəçisi Aleksandr Zinçenko yayda London klubunu tərk edə bilər.
Aut.az xəbər verir ki, “TBR Football” portalının məlumatına görə, “topçular” 2024-cü il futbol üzrə Avropa çempionatının başlaması ərəfəsində Zinçenkoya növbəti mövsümdə artıq ona ümid bəsləmədiklərini və transferə hazır olduqlarını bildiriblər. “Arsenal”ın baş məşqçisi Mikel Arteta müəyyən edib ki, ukraynalıya hörmətlə yanaşsa da, o, komandanın səviyyəsinə cavab vermir.
Bu mövsüm Zinçenko “Arsenal”ın heyətində bütün turnirlərdə 35 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.
Daha əvvəl bildirilmişdi ki, “topçular” hələ Zinçenko ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamayıb və onu bu yay 20 milyon avroya sata bilər.
Aut.az
