Azərbaycan futbolu

“Karvan”la “İmişli” “Şamaxı”dan öndə

Karvan” klubu Azərbaycan 1-ci Liqasında ev oyunlarına ən çox azarkeş gələn komanda olub.

Aut.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Yevlax təmsilçisinin ev matçlarına mövsüm ərzində orta hesabla 1208 tamaşaçı gəlib.

Bu göstəricidə “İmişli” ikinci, liqanın qalibi “Şamaxı” üçüncüdür. 1-ci Liqada 2023/2024 mövsümünün görüşlərini ümumilikdə 61970 tamaşaçı izləyib. Texniki nəticələrin qeydə alındığı iki matçı nəzərə almasaq, digər 133 qarşılaşmada orta tamaşaçı sayı 466-ya bərabər olub.

Mövsümün rekordu “İmişli” – “Qaradağ Lökbatan” görüşündə qeydə alınıb. 25-ci turda baş tutan matçı 3800 tamaşaçı izləyib.

“Karvan”ın “Mingəçevir”lə 1-ci, “Difai Ağsu” ilə 3-cü turdakı matçlarında 2500 izləyici olub.

Yer Komanda Oyun Tamaşaçı Orta
1 “Karvan” 14 16910 1208
2 “İmişli” 12 11090 924
3 “Şamaxı” 13 9400 723
4 “Mingəçevir” 13 8330 641
5 “Zaqatala” 14 6250 446
6 “Araz Saatlı” 14 3870 276
7 “Qaradağ Lökbatan” 14 2795 200
8 “Difai Ağsu” 14 1330 95
9 MOİK 13 1075 83
10 “İrəvan” 12 920 77
Cəmi 133 61970