Avropa Çempionatı

UEFA Rusiya telekanallarına “hə” dedi

UEFA rəsmi saytında 2024-cü il Avropa çempionatının yayımçılarının siyahısını dərc edib.

Aut.az xəbər verir ki, Rusiyanın beynəlxalq turnirlərdən kənarda qalmasına baxmayaraq, Rusiya televiziya kanalları da bu siyahıya daxil edilib.

Avropa çempionatının oyunları Rusiyada “Match TV” kanalı və “Okko” onlayn kinoteatrında canlı yayımlanacaq.

Avro-2024- ün final hissəsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək.

Aut.az