İngiltərə

Onların “Liverpul”dakı taleyi necə olacaq? – Detallar açıqlandı

“Liverpul”un üç oyunçusu – müdafiəçilər Vircil van Deyk, Trent Aleksandr-Arnold və vinger Məhəmməd Salahın müqavilələri ilə bağlı yeni detalları açıqlanıb.

Aut.az xəbər verir ki, bu barədə nüfuzlu insayder David Ornsteyn məlumat yayıb.

Onun sözlərinə görə, mersisaydlıların rəhbərliyi Salah və van Deyki komandada saxlamaq imkanlarına nikbin baxır. Hər iki futbolçu “Liverpul”da qalmağı planlaşdırır. Onlar fenomenal oynayırlar, buna görə də klub müqavilələrini uzatmaq üçün hər şeyi edəcək.

Trentlə bağlı vəziyyət fərqlidir. -O, daha gəncdir və onu fəal şəkildə “Real” izləyir. Yekun qərar yoxdur, amma Aleksandr-Arnoldun, Salah və van Dey kimi komandada qalma ehtimalı yüksəkdir.

“İndiki rəhbərlik əvvəlki idarəçilərin ucbatından çətin vəziyyətə düşüb, İndi bunu birtəhər həll etmək lazımdır. Bu, ədalətsizlik ola bilər, lakin azarkeşlər müqavilənin yenilənməsi probleminin həllini gördükdən sonra “Liverpul” rəhbərlərinin işinə qiymət verəcəklər”, -deyə  Ornşteyn bildirib.

Aut.az