“Barsa” fransızı hədəfə aldı: Pulsuz transfer edəcəklər
“Mançester Yunayted”in hücumçusu Antoni Marsial karyerasını “Barselona”da davam etdirə bilər.
Aut.az xəbər verir ki, kataloniya klubu fransız futbolçunun müqaviləsi ilə bağlı vəziyyəti izləyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Futbolçunun “Mançester Yunayted” lə hazırkı sözləşməsi 2024-cü ilin yayında başa çatır. Lakin “qırmızı şeytanlar”ın forvardla müqaviləni uzatmaq imkanı var. İngiltərə təmsilçisi fransız futbolçuyla razılığa gələ bilməsə, “Barsa” rəhbərliyi hərəkətə keçəcək.
Qeyd edək ki, 27 yaşlı forvard 2015-ci ildə “Monako”dan transfer edilib.
