“Barselona”nın ulduzu zədələndi: Bu oyunu buraxacaq
“Barselona”nın üzvü Rafinya İspaniya Kubokunun “Albasete” 1/4 final matçını buraxacaq.
Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumatda yayıb.
Bildirilib ki, braziliyalı futbolçu zədələnib. Onun sağ ayaq budunda adduktor əzələsinin dartılması aşkar olunub. Təhlükəsizlik məqsədilə Rafinya İspaniya Kuboku matçında iştirak etməyəcək. Bərpa müddəti isə təxminən bir həftə davam edəcək.
Cari mövsümdə Rafinya bütün turnirlərdə “mavi-qranatlar”ın heyətində 22 oyuna çıxıb, 13 qol vurub və 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Barselona” İspaniya Kubokunun hazırkı qalibidir.
Aut.az
