İspaniya

Qərarını çoxdan veribmiş, gözləyirmiş ki…

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Kataloniya klubu ilə müqaviləsini 2028-ci ilə qədər uzadacaq.

Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Bildirilir ki, alman mütəxəssis müqavilənin uzadılmasına razılığı daha əvvəl verib, lakin “Barselona”da prezident seçkilərinin nəticələrini gözləmək qərarına gəlib. Seçkidə Joan Laporta qalib

Flik “Barselona”dakı həyatından və gənc oyunçuların inkişafına yönəlmiş prioritetindən məmnundur. Onun əsas məqsədi Çempionlar Liqasını qazanmaqdır.

İspaniya çempionatında 28 oyundan sonra 70 xalı olan “Barselona” turnir cədvəlinə başçılıq edir və “Real Madrid”dən dörd xal öndədir.

Aut.az