Laportadan Superliqa ilə bağlı sensasion xəbər: UEFA razıdır
“Barselona”nın prezidenti Joan Laporta Superliqa və UEFA ilə danışıqların getdiyini bildirib.
Aut.az xəbər verir ki, Laporta bu barədə İspaniya mətbuatına danışıb.
“Mən həmişə Superliqa ilə UEFA arasında körpülərin qurulmasında rol oynamağa çalışmışam. Superliqa UEFA ilə danışıqlar aparır.
Aleksander Çeferin UEFA-dan bir neçə nəfəri Superliqa təmsilçiləri ilə danışıqlar aparmaq üçün təyin edib. O, Super Liqanın baş direktoru Bernd Rayhart və Superliqa klublarına yaxın hüquqşünasların daxil olduğu komanda ilə də danışıb.
Hər iki tərəf mehribandır.
Düşünürəm ki, bu razılaşmanın tezliklə əldə olunması futbolun yaxşılığı üçün vacibdir. Avropa Məhkəməsinin Superliqanın mövqeyini dəstəkləyən qərarı var. Düşünürəm ki, bu vacibdir, amma futbol dünyasının vahid qalması daha vacibdir.
UEFA prezidentinin böyük hazırlığını görürəm. Mən isə israr edirəm ki, Ceferin bacarıqlı və etibarlı insandır.
Açıq turnir istədiyimizi dedik. Biz meritokratiya istəyirdik və klublar üçün ən sərfəli formatdan razıyıq.
Təbii ki, idarəetmə məsələsi var və biz UEFA-nın bunu necə həll edəcəyini görəcəyik, amma hesab edirəm ki, bununla Avropa Klublar İttifaqı məşğul olmalıdır.
Biz qarşıdurma istəmirdik; Avropa futbolunu mümkün qədər yaxşılaşdırmaq istəyirdik.
Məsələn, Çempionlar Liqası formatı daha səmərəli oldu, gəlirləri əvvəlkindən 20 faiz artdı”, – Laporta deyib.
Aut.az
