İtaliya nəhənginin İsko planı
“Betis”in futbolçusu İsko karyerasını İtaliyada davam etdirə bilər.
Aut.az xəbər verir ki ,”İnter” ispan yarımmüdafiəçi ilə yaxından maraqlanır. Bu barədə “Estadio Deportivo” nəşri məlumat yayıb. “Neradzurra” 2024-cü ilin yayında 31 yaşlı yarımmüdafiəçini azad agent kimi heyətinə qatmağı planlaşdırır.
İsko bu yay “Betis”lə müqavilə imzalayıb. Yarımmüdafiəçi daha əvvəl “Malaqa”, “Real” və “Sevilya”da çıxış edib.
Qeyd edək ki, İsko bu mövsüm La Liqada 6 oyunda iştirak edib və bir qol vurub.
