Rusiyaya daha bir güzəşt edildi
Rusiya paralimpiyaçıları 2024-cü ildə Parisdə keçiriləcək Paralimpiya Oyunlarında iştirak edə biləcəklər.
Aut.az xəbər verir ki, Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) üzvləri baş assambleyada Rusiyanın təşkilatdakı üzvlüyünün tam dayandırılmasının tərəfdarı olmayıblar.
Rusiya Parisdə heç bir milli simvol olmadan neytral bayraq altında çıxış edə biləcək.
2024-cü il Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək Parisdə keçiriləcək. Rusiya və Belarus 2022-ci ildə Pekində keçirilən Qış Paralimpiya Oyunlarına buraxılmayıb.
Turnir 24 fevral 2022-ci ildə genişmiqyaslı müharibənin başlamasından qısa müddət sonra baş tutmuşdu.
Aut.az
