İşğalçı Rusiya Olimpiadaya buraxılacaq? – BOK bu amilləri nəzərə alacaq
Beynəlxalq Olimpiya Komitəsi (BOK) bildirib ki, Rusiya idmançılarının Milanda keçiriləcək Olimpiya Oyunlarına buraxılması ilə bağlı yekun qərar bir sıra xarici siyasət və təşkilati amillər nəzərə alınmaqla veriləcək.
Aut.az xəbər verir ki, iyunun 24-də Kirsti Koventri Tomas Baxı əvəz edərək BOK-un prezidenti vəzifəsinə keçdikdən sonra işğalçı Rusiyanın məsələsi yenidən gündəmə gəlib.
“Biz əlbəttə ki, baş verənlərin xarici amillərini nəzərə alacağıq. Yekun qərar ilin sonuna qədər verilə bilər, lakin bir sıra səbəblərə görə konkret müddətlər indi verilə bilməz”, – Vseprosport.ru BOK-dan sitat gətirib.
Daha əvvəl Koventri vurğulayıb ki, BOK-da Rusiyanın 2026-cı il Olimpiadasında iştirakı ilə bağlı yekun qərarın qəbulu üçün dəqiq müəyyən edilmiş müddət yoxdur.
Qeyd edək ki, Rusiya Ukrayna hücum etdikdən sonra bu ölkə beynəlxalq yarışlardan kənarlaşdırılıb.
Aut.az
