İspaniya

Məhkəmə “Real”la bağlı şikayəti qəbul etdi: Göstəriş verdi ki…

Madridin Mərkəzi İnzibati Mübahisələr Məhkəməsi La Liqanın şikayətini qəbul edib və İspaniya Kral Futbol Federasiyasına (RFEF) “Real” klubunun televiziyası tərəfindən yayımlanan videolarla bağlı intizam işlərinin bərpası barədə göstəriş verib.

Aut.az xəbər verir ki, bu barədə “Iusport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, apellyasiya İdman İnzibati Məhkəməsinin (TAD) 21 noyabr 2024-cü il tarixli qərarından verilib. La Liqanın məlumatına görə, “Real”ın klub televiziyasının videoları hakimlərə təzyiq etmək məqsədi ilə hazırlanır.

Xatırladaq ki, aprel ayında İspaniya kubokunun “Barselona” – “Real Madrid” (3:2 ET) final oyununa təyin olunmuş hakim Rikardo De Burqos Benqoeçea “kral klubu”nun televiziyasının tənqidinə görə mətbuat konfransında ağlamışdı.

Aut.az