İtaliya

Hakanın həyat yoldaşı da münaqişəyə qoşuldu: Ehtiyacları dəyişən kimi…

Hakan Çalhanoğlunun həyat yoldaşı yarımmüdafiəçi ilə Lautaro Martines arasındakı münaqişəyə reaksiya verib.

Aut.az xəbər verir ki, klublararası dünya çempionatının 1/8 finalında “Fluminense”yə məğlubiyyətdən (0:2) sonra Milan klubunun hücumçusu Lautaro Martines deyib: “Mesaj sadədir: qalmaq istəyirsənsə, qal, istəmirsənsə, get ” .

“İnter”in prezidenti Beppe Marotta deyib ki, Lautaro, görünür, komandanın yarımmüdafiəçisi Hakan Çalhanoğlunu nəzərdə tutub.

“Bəzi insanlar sizə sadiq deyillər. Onlar sizə olan ehtiyaclarına sadiqdirlər. Ehtiyacları dəyişən kimi sədaqətləri də dəyişir. Yaxşı ürəyinə görə peşman olma, Hakan. Bütün yaxşılar geri qayıdır və çoxalır”, – Hakan Çalhanoğlunun həyat yoldaşı Sinem Gündoğdu sosial şəbəkədə yazıb.

Aut.az