Dünya futboluİtaliya

Bu tarixdə başlayacaq: Ronaldo-“Yuve” çəkişməsi

“Yuventus”un sabiq hücumçusu Kriştiano Ronaldonun Turin klubuna qarşı iddiasına nə vaxt baxılacağı məlum olub .

Aut.az xəbər verir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, iş üzrə dinləmələr oktyabrın 4-də başlayacaq. Ronaldo “byankoneri”dən 19,9 milyon avro tələb edir.

Pandemiya zamanı bir çox klub oyunçulardan maaşlarını azaltmağı və ya ödənişləri sonrakı tarixə təxirə salmağı xahiş edib.

“Yuventus”un oyunçuları klubda maliyyə çətinlikləri yaşadığı üçün 2020-ci ilin martında və 2021-ci ilin aprelində maaşlarını dörd ay müddətinə təxirə salmağa razılaşıblar. Lakin futbolçularla da fərdi razılaşmalar əldə olunub. Ronaldo, haqqı olan 19,9 milyon avronu almadığını iddia edir və indi 38 yaşlı futbolçu hər şeyi məhkəmə yolu ilə həll etmək niyyətindədir.

Aut.az