Bu iki nəhəng əsas favoritdir- Onu almağa
Avropanın iki ən yaxşı klubu “Napoli” və Nigeriya millisinin hücumçusu Viktor Osimeni almaq üçün favoritdir .
Aut.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Mənbənin məlumatına görə, hazırda 25 yaşlı futbolçunun transferi ilə bağlı “Napoli” ilə razılığa gəlməyə ən yaxın olan klublar PSJ və “Mançester Yunayted”dir. Qeyd olunur ki, PSJ yayda “Real Madrid”ə keçəcəyi gözlənilən Kilian Mbappenin mümkün əvəzləyicisi kimi Osimheni nəzərdən keçirir.
Öz növbəsində, “Mançester Yunayted”in həmsahibi Cim Ratkliff nigeriyalını yaxın bir neçə il ərzində klubu üçün ideal hücumçu kimi görür.
Osimhen 2020-ci ildən “Napoli”də çıxış edir. Hücumçu bu mövsüm partenopiyalıların heyətində bütün turnirlərdə 23 oyun keçirib, 13 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə onun təxmini dəyəri 110 milyon avrodur.
Aut.az
